Televizorlar

İzləmə tərzinizə uyğun hazırlanmış
Samsung televizorlarını kəşf edin

Samsung-un Micro RGB, OLED, Neo QLED, Mini LED, QLED, Crystal UHD texnologiyalarına əsaslanan ən yeni televizor modelləri, həmçinin The Frame, The Serif və The Terrace kimi həyat tərzinə uyğun televizor seriyaları ilə tanış olun.
Kinoteatr keyfiyyətində əyləncədən və immersiv oyun təcrübəsindən tutmuş zövqlə dizayn edilmiş yaşayış məkanlarına qədər evinizə ən uyğun televizoru seçin.

Hansı Samsung televizoru sizin üçün daha uyğundur?

İstər kinoteatr keyfiyyətində görüntü, istər axıcı oyun təcrübəsi, istər işıqlı otaqlarda rahat izləmə, istər açıq havada əyləncə, istərsə də məkanınızın dizaynına mükəmməl uyğunlaşan televizor axtarın, eviniz üçün ən uyğun Samsung televizorunu seçin.

Micro RGB

Ən uyğun olduğu istifadə sahəsi: evdə premium
əyləncə və müstəsna görüntü keyfiyyəti.

Samsung Micro RGB televizorları Color Booster Pro1 və Glare Free2 texnologiyaları ilə təchiz edilmiş mikroskopik ölçülü RGB rəngli arxa işıqlandırma sisteminə malikdir. Bu texnologiyalar inanılmaz dərəcədə detallı rənglər, yüksək parlaqlıq, zəngin kontrast və immersiv izləmə təcrübəsi təqdim edir.

* Ən yaxşı 4 xüsusiyyət: Micro RGB texnologiyası | Micro RGB AI Engine Pro | Micro RGB Precision Color 100 | Vision AI Companion

OLED

Ən uyğun olduğu istifadə sahəsi: Dərin qara tonlar və kinoteatr keyfiyyətində kontrast istəyən film həvəskarları və oyunçular.

Samsung OLED televizorları dərin qara tonlar, zəngin kontrast, canlı rənglər və axıcı hərəkət görüntüsü təqdim edən öz-özünə işıqlanan piksellərlə təchiz olunub. Bu xüsusiyyətlər immersiv kinoteatr və oyun təcrübəsi yaradır. Glare Free texnologiyası müxtəlif işıqlandırma şəraitində əksolunmaları azaltmağa və daha aydın görüntü əldə etməyə kömək edir.

* Ən yaxşı 4 xüsusiyyət: Real Black və Real Color texnologiyaları ilə Glare Free | FloatLayer Design | Ultimate Gaming Pack | Vision AI Companion

Neo QLED

Ən uyğun olduğu istifadə sahəsi: İşıqlı otaqlar və gündəlik premium izləmə təcrübəsi.

Samsung Neo QLED televizorları yüksək parlaqlıq, mükəmməl kontrast və detallı görüntü keyfiyyəti təqdim etmək üçün Mini LED texnologiyası və dəqiq lokal qaraltma texnologiyası ilə təchiz olunub.

* Ən yaxşı 4 xüsusiyyət: Vision AI Companion | Quantum Mini LED | 100% rəng həcminə malik Real QLED | Motion Xcelerator 144 Hs

Mini LED

Ən uyğun olduğu istifadə sahəsi: Gündəlik parlaq və aydın görüntü təcrübəsi.

Samsung Mini LED televizorları parlaq və aydın görüntü, eləcə də təkmilləşdirilmiş izləmə təcrübəsi təqdim edən Mini LED arxa işıqlandırma texnologiyası ilə təchiz olunub.

* Ən yaxşı 4 xüsusiyyət: Vision AI Companion | Mini LED | Motion Xcelerator 144 Hs | AI Football Rejimi

QLED

Ən uyğun olduğu istifadə sahəsi: Canlı rənglər və gündəlik əyləncə.

Samsung QLED televizorları gündəlik izləmə təcrübəsini daha zövqlü etmək üçün canlı rənglər, təsirli görüntü keyfiyyəti və ağıllı funksiyalar təqdim edir.

* Ən yaxşı 4 xüsusiyyət: Q4 AI prosessoru | Quantum Dot texnologiyası ilə 100% rəng həcmi | AirSlim dizaynı | Limitsiz pulsuz məzmun

Crystal UHD

Ən uyğun olduğu istifadə sahəsi: 4K əyləncə və Smart TV-nin əsas funksiyaları.

Samsung Crystal UHD televizorları aydın 4K görüntü keyfiyyəti və sevimli məzmununuza asan çıxış imkanı təqdim edir.

* Ən yaxşı 4 xüsusiyyət: Vision AI Companion | 4K təsvirin təkmilləşdirilməsi (4K Upscaling) | Dinamik səs paketi (Dynamic Sound Pack) | Futbol rejimi (Football Mode)

The Frame

Ən uyğun olduğu istifadə sahəsi: Dizayna önəm verən məkanlar və incəsənət həvəskarları.

Samsung The Frame, televizora baxmadığınız zamanlarda Art Mode3, rejimi vasitəsilə televizorunuzu incəsənət əsərlərinin nümayiş olunduğu ekrana çevirərək, sənət əsərlərindən zövq almağa imkan verir. Çərçivə üslublu dizaynı yaşayış məkanınızın interyerinə mükəmməl uyğunlaşır, Glare Free texnologiyası isə sənət əsərlərinin və məzmunun aydın görünməsinə kömək edir.

* Ən yaxşı 4 xüsusiyyət: Müasir çərçivə dizaynı (Modern Frame Design) | İncəsənət rejimi (Art Mode) | Əks olunmaların qarşısını alan Glare Free texnologiyası | Vision AI Companion

Hansı ölçüdə televizor almalıyam?

Tv-dən nə qədər uzaqda əyləşdiyinizdən asılı olaraq sizə optimal ekran ölçüsü tövsiyə edə bilərik.

Məkanınıza uyğun televizor ölçüsünü seçin

Bu tövsiyələr daha immersiv izləmə təcrübəsi təmin etmək üçün hazırlanıb. Daha yüksək təsvir ölçüsünə malik ekranlar görüntü keyfiyyətini qoruyaraq daha yaxın məsafədən daha böyük ekranda izləmə imkanı yaradır.

Baxış məsafəsi (metr)

1.1m 1.3m 1.4m 1.7m 1.9m 2.2m 2.5m

TV seçməyiniz üçün kömək

İzləmə seçimlərinizə, otağınızın şəraitinə və əyləncə ehtiyaclarınıza uyğun Samsung televizorunu seçin.

Televizorun adətən yerləşdirildiyi divarda yarı şəffaf, düzbucaqlı boş sahə olan müasir qonaq otağı. Əsas boş sahənin mərkəzində sual işarəsi, hər iki tərəfində isə üfüqi istiqamətdə nəzərdən keçirilə bilən müxtəlif televizor seçimlərini göstərən iki kiçik düzbucaqlı yerləşir. Televizorun adətən yerləşdirildiyi divarda yarı şəffaf, düzbucaqlı boş sahə olan müasir qonaq otağı. Əsas boş sahənin mərkəzində sual işarəsi, hər iki tərəfində isə üfüqi istiqamətdə nəzərdən keçirilə bilən müxtəlif televizor seçimlərini göstərən iki kiçik düzbucaqlı yerləşir.

Televizor alışı üzrə Təlimat

Texnologiyaları, ölçüləri və funksiyaları müqayisə etmək üçün Samsung TV alıcı bələdçilərini kəşf edin.

Planşet tutan satış məsləhətçisi bir cütlüyə televizor seçməkdə kömək edir. Planşet tutan satış məsləhətçisi bir cütlüyə televizor seçməkdə kömək edir.

Samsung Televizorları haqqında daha ətraflı

  • * Dünyanın 1 nömrəli televizoru: Mənbə – Omdia. Yalnız ümumi məlumat məqsədi daşıyır; təsdiq, sertifikatlaşdırma və ya tövsiyə xarakteri daşımır. Bu məlumatlara əsaslanaraq qəbul edilən qərarlara görə heç bir məsuliyyət daşınmır.
  • * Xüsusiyyətlər modelə görə dəyişə bilər. Daha ətraflı məlumatlar üçün hər bir modelin funksiyaları ilə tanış olun.
  • * Məhsulun görünüşü və spesifikasiyası dəyişə bilər.
  • * Şəkillər yalnız demonstrasiya məqsədləri üçün simulyasiya edilmişdir.
  • 1. Color Booster Pro: Görüntü keyfiyyəti orijinal məzmunun keyfiyyətindən asılı olaraq dəyişə bilər.
  • 2. Glare Free: UL Solutions tərəfindən Unified Glare Rating (UGR) qiymətləndirmələri əsasında Glare Free texnologiyasının effektivliyi təsdiqlənmişdir. Təsdiq edilmişdir: Əks olunan parıltı UGR ≤ 10, Narahatlıq yaradan parıltı UGR ≤ 22 və Görməni çətinləşdirən parıltı UGR ≤ 34 olduqda Nəticələr daxili işıqlandırma şəraitində aparılan testlərə əsaslanır.
  • 3. Art Store: Wi-Fi bağlantısı və Samsung Account hesabına daxil olmaq tələb olunur. Art Store-dakı bütün incəsənət əsərlərindən yararlanmaq üçün abunəlik tələb olunur. Art Store Streams vasitəsilə hər ay yenilənən 30 incəsənət əsəri təqdim edir və il ərzində 70-dən çox pulsuz fon məzmununu dəstəkləyir.
  • 4. Hava şəraitinə davamlılıq (Weather-Resistant Durability): Suya və toza qarşı davamlılığı təmin edən IP56 qoruma dərəcəsinə malikdir. Standart sınaq başlığı vasitəsilə korpusun bütün mümkün istiqamətlərdən ən azı 3 dəqiqə ərzində su şırnağı ilə püskürdülməsinə əsaslanan laboratoriya sınaq şəraitinə uyğun olaraq. -31°C ilə 50℃ arasında dəyişən temperaturlarda problemsiz işləyir. IP56 (Mühafizə dərəcəsi): Korpusların təmin etdiyi qorunma səviyyəsini müəyyən edən standart (IEC 60529).