Proyektorlar

Proyektorlar

Vizual mükəmməlliyin yeni ölçüsü

Samsung-un tam proyektor seriyası – The Premiere 9, The Premiere 7, The Premiere 5 və The Freestyle+ – pilləkənlərdə nümayiş etdirilir. Samsung-un tam proyektor seriyası – The Premiere 9, The Premiere 7, The Premiere 5 və The Freestyle+ – pilləkənlərdə nümayiş etdirilir.

Özəl kinoteatrınızı yaradın

The Freestyle+

İstədiyin kimi istifadə et

Göstər və işə sal

İşıqlı və parlaq

Hər yerdə əyləncə

Əhatəli səs

Proyektor almaq üçün məsləhətlər

Tez-tez verilən suallar

  • Samsung proyektor modelləri bir-birindən necə fərqlənir?

    Samsung proyektor modelləri istifadə məqsədinə, görüntü texnologiyasına, dəstəklənən ekran ölçüsünə və daşınma imkanlarına görə fərqlənir. Hər bir model premium ev kinoteatrı və interaktiv təcrübələrdən tutmuş portativ əyləncəyə qədər müxtəlif izləmə ehtiyacları üçün nəzərdə tutulub.

    • • The Premiere 9 — Samsung-un flaqman proyektorudur və yüksək səviyyəli ev kinoteatrı təcrübəsi üçün hazırlanıb. O, 4K Triple Laser texnologiyasını və 3.450 ISO lümenə qədər parlaqlığı 130 düymədək ekran ölçüsü ilə birləşdirərək filmləri, idman yarışlarını və konsertləri daha təsirli şəkildə izləməyə imkan verir.
    • • The Premiere 7 — üslub və yüksək performansı özündə birləşdirən premium 4K ev kinoteatrı proyektorudur. Onun ultraqısa proyeksiya məsafəsinə malik dizaynı proyektoru divara yaxın yerləşdirməyə imkan verir və 120 düymədək ekran ölçüsünü dəstəkləyir.
    • • The Premiere 5 — kompakt və interaktiv proyeksiya üçün nəzərdə tutulub. Touch Stand ilə istifadə edildikdə, öyrənmə, sadə oyunlar və evdə idman məşqləri kimi fəaliyyətlər üçün uyğun məzmunlarla qarşılıqlı əlaqə yaratmağa imkan verir.
    • • The Freestyle+ — portativ və çevik əyləncə üçün hazırlanıb. Kompakt quruluşu, 180 dərəcə fırlanan dayağı və AI OptiScreen texnologiyası sayəsində onu müxtəlif otaqlarda asanlıqla istifadə etmək və ya böyük ekran təcrübəsini özünüzlə istənilən yerə aparmaq mümkündür.
  • 2026-cı ildə Samsung müxtəlif məkanlarda böyük ekranlı əyləncə təcrübəsi təqdim etmək üçün nəzərdə tutulmuş yeni portativ proyektor The Freestyle+ modelini təqdim etdi.

    Yığcam dizaynı sayəsində onu otaqlar arasında asanlıqla daşımaq və səfərlərdə özünüzlə aparmaq mümkündür. 180 dərəcə fırlanan dayağı isə görüntünü divara, tavana və digər səthlərə proyeksiya etməyə imkan verir. The Freestyle+ həmçinin proyeksiya mühitini təhlil edən və avtomatik trapezoidal korreksiya, divarın kalibrlənməsi kimi funksiyalar vasitəsilə görüntünü avtomatik tənzimləyən AI OptiScreen texnologiyası ilə təchiz olunub.

    The Freestyle+ yataq otağından və qonaq otağından tutmuş əyləncələrə və açıq hava fəaliyyətlərinə qədər müxtəlif mühitlərdə böyük ekranlı portativ əyləncə təcrübəsi yaşamaq istəyən istifadəçilər üçün tövsiyə olunur.
  • Proyektor otaqda eyni dərəcədə böyük daimi ekrana ehtiyac olmadan bir çox televizorlardan daha böyük görüntü yarada bilər. Bu, məzmuna baxmadığınız zaman qonaq otağınızı səliqəli saxlayaraq məkanı istədiyiniz kimi istifadə etməyə imkan verir və immersiv böyük ekran təcrübəsindən zövq almanıza şərait yaradır.

    Ultra qısa məsafəli proyektorlar bunu xüsusilə asanlaşdırır, çünki onlar divara yaxın yerləşdikdə belə böyük görüntü yarada bilirlər. Məsələn, The Premiere 9 divardan 9.4 düym məsafədə yerləşdirildikdə 130 düymə qədər 4K görüntü nümayiş etdirə bilir — bu da filmləri, idman yarışlarını və konsertləri daha immersiv edir və eyni zamanda qonaq otağınızda minimal yer tutur.
    • * Hər bir proyeksiya məsafəsində ekran ölçüsü quraşdırma mühitindən asılı olaraq dəyişə bilər.
    • * Dəstəklənən maksimum ekran ölçüsü modeldən asılı olaraq dəyişə bilər.
  • Xeyr, Samsung proyektorlarını quraşdırmaq çətin deyil, çünki onlar yerləşdirmə və ekran quruluşunu asanlaşdıran xüsusiyyətlərə malikdirlər.

    Məsələn, Premiere seriyası Ultra Short Throw texnologiyasından istifadə edir, bu da proyektorların televizor kimi divara yaxın yerləşdirilməsinə imkan verir və böyük ekran yaratmağa şərait yaradır — beləliklə, hətta kiçik məkanda belə böyük ekran təcrübəsindən həzz almaq asanlaşır.

    Freestyle+ 180 dərəcə fırlanan dayağa malikdir, bu da divar və tavan da daxil olmaqla müxtəlif səthlərə proyeksiyanı asanlaşdırır.
  • Xeyr, Samsung proyektorlarından istifadə etmək üçün otağın tam qaranlıq olması tələb olunmur. Onlar ətraf mühit işığı olan otaqlarda da aydın görüntü təqdim edə bilirlər. Məsələn, The Premiere 9 modeli 3 450 ISO lümenədək parlaqlıq təmin edərək müxtəlif işıqlandırma şəraitində canlı rəngləri və detallı görüntünü qorumağa kömək edir. Bununla belə, daha qaranlıq mühit daha zəngin rənglər və daha güclü kontrast təmin edərək izləmə təcrübəsini daha da yaxşılaşdıra bilər.

    * Maksimum parlaqlıq məhsulun texniki xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

  • Bəli, "The Premiere" seriyası və "The Freestyle+" modelləri Samsung Tizen OS əməliyyat sistemi ilə təchiz olunub. Bu, sizə Samsung Smart TV-lərdə mövcud olan bir çox striminq xidmətlərinə çıxış imkanı verir.

    Dəstəklənən tətbiqlərdən istifadə etmək üçün proyektoru sadəcə Wi-Fi şəbəkəsinə qoşun – heç bir xarici cihaz birləşdirməyə ehtiyac yoxdur. "Samsung TV Plus" vasitəsilə heç bir abunəlik tələb olunmadan müxtəlif növ məzmunları izləyə bilərsiniz. Həmçinin, "Samsung Gaming Hub" vasitəsilə, konsol qoşmadan belə, dəstəklənən bulud oyunlarını oynaya bilərsiniz.
  • Ev kinoteatrı keyfiyyətinə, interaktiv funksiyalara və ya daşınma rahatlığına üstünlük verməyinizdən asılı olaraq uyğun Samsung proyektorunu seçin.

    • • Əgər evinizdə xüsusi bir məkanda, böyük ekranda əsl kinoteatr atmosferindən zövq almaq istəyirsinizsə, "The Premiere 9" və ya "The Premiere 7" modelləri ideal seçimdir. Ultra qısa məsafəli 4K proyektorlar olan bu cihazlar divara çox yaxın yerləşdirilə bilir. "The Premiere 9" 130 düymə, "The Premiere 7" isə 120 düyməyə qədər ekran ölçüsünü dəstəkləyərək filmlərə, idman yarışlarına və konsertlərə baxarkən sizi tamamilə hadisələrin mərkəzində hiss etdirəcək immersiv təcrübə təqdim edir.
    • • Əgər toxunuşla idarəetməyə və ailəvi əyləncəyə önəm verirsinizsə, "The Premiere 5" sizin üçün əla seçimdir. "Touch Stand" (toxunuş stendi) ilə birlikdə istifadə edildikdə interaktiv toxunuş imkanı yaradan bu yığcam proyektor; təlim, sadə oyunlar və ev şəraitində məşq kimi fəaliyyətlər üçün idealdır.
    • • Əgər cihazı asanlıqla daşıya bilmək istəyirsinizsə, "The Freestyle+" məhz sizin üçündür. Yığcam dizaynı, 180 dərəcə fırlanan dayağı və müxtəlif bucaqlar və səthlər üçün təsviri avtomatik tənzimləyən "AI OptiScreen" texnologiyası sayəsində bu cihazı otaqlar arasında asanlıqla daşıya, həmçinin qonaqlıqlara, səyahətlərə və ya açıq hava tədbirlərinə özünüzlə apara bilərsiniz.