Səs cihazları

Hər anı möhtəşəm səslə doldur

Bütün səs cihazı kateqoriyaları

Hansı səs cihazı sizin üçün uyğundur?

table
Q-Seriya Soundbar Q-Seriya Soundbar
Ultra Slim Soundbar Ultra Slim Soundbar
S-Seriya Soundbar S-Seriya Soundbar
B-Seriya Soundbar B-Seriya Soundbar
Sound Tower Sound Tower
Kanal/Çıxış

3.1.2~11.1.4ch

3.1~3.1.2ch

5.0ch

2.0~5.1ch

160~240Vt (AC rejimi)

Wi-Fi/BT

Wi-Fi/Vt

Wi-Fi/Vt

Wi-Fi/Vt

Vt

Vt

Simsiz Dolby Atmos

Var

Var

Var

Yox

Yox

Q-Symphony

Var

Var

Var

Var (Yalnız B750F/650F)

Yox

Rəng

Qara

Qara/Ağ

Qara/Ağ

Qara

Qara

* Zəhmət olmasa, texniki göstəriciləri yoxlayın, çünki təfərrüatlar hər model üçün fərqli ola bilər.

Q-Seriya Soundbar

Səs simfoniyası ilə şouunuzu tamamlayın

Əsl kinoteatr səsi keyfiyyətini evinizə gətirin. Əsas soundbar seriyamız olan Q-Seriyası, yığcam sabvufer vasitəsilə zəngin baslarla müşayiət olunan, əhatəli və simsiz "Dolby Atmos" səs təcrübəsi təqdim edir. "Q-Symphony" texnologiyası sayəsində soundbar televizorunuzun dinamikləri ilə birləşərək sinxronlaşdırılmış səs yaradır, "SpaceFit Sound Pro" isə səsi otağınızın xüsusiyyətlərinə uyğun olaraq optimallaşdırır. İstər divara quraşdırılsın, istərsə də masa üzərinə yerləşdirilsin, bu çoxfunksiyalı səs paneli sizə yüksək keyfiyyətli səsdən zövq almaq imkanı verir.

Top 4 xüsusiyyət: Əsl 11.1.4 kanallı tam əhatəli səs | Simsiz Dolby Atmos® | Q-Symphony | SpaceFit Sound Pro

Ultra İncə Soundbar

İstənilən televizora və məkana uyğun ultra nazik dizayn.

Televizorunuzun yerləşdiyi məkana daha incə və zərif görünüş qazandırın. Ultra Slim Soundbar zərif və nazik dizaynı ilə həm müasir, həm də ənənəvi interyerlərə mükəmməl uyğunlaşır. Wireless Dolby Atmos texnologiyası və yuxarı istiqamətli dinamiklər isə sizi valeh edən, kino keyfiyyətində səs təcrübəsi təqdim edir.

* Top 4 xüsusiyyət: Ultra nazik dizayn | Simsiz Dolby Atmos® | Əsl 3.1.2 Ch səs | Q-Symphony

S-Seriya Soundbar

Hamısı bir arada olan soundbar ilə otağı əhatə edən ətraf səs təcrübəsi

Kompakt dizayndan gələn zəngin səsin həzzini yaşayın. Minimalist görünüşə malik S-Seriyası soundbarı məkanınıza mükəmməl uyğunlaşır və dərin, zəngin səs təqdim edir. Daxili mərkəzi dinamik isə insan səslərini daha aydın və dəqiq eşitməyinizə, dialoqları daha rahat anlamağınıza kömək edir.

* Top 4 xüsusiyyət: Hamısı bir arada | Simsiz Dolby Atmos® | Q-Symphony | Daxili mərkəzi dinamik

B-Seriya Soundbar

Televizor təcrübənizi zənginləşdirən möhtəşəm həcmli səs

Əhatəli ətraf səs təcrübəsi ilə televizorunuzdan zövq almağı yeni səviyyəyə qaldırın. B-Series Səs paneli Dolby Audio və DTS Virtual:X texnologiyalarından istifadə edərək immersiv 3D səs yaradır, simsiz sabvuferdəki Bass Boost funksiyası isə daha dərin bas səsləri təmin edir. Q-Symphony texnologiyası ilə səs paneli və televizorunuzun dinamikləri də sinxron şəkildə işləyir.

* Əsas 4 xüsusiyyət: 5.1 kanallı səs | Q-Symphony | Dolby Audio™ 5.1 kanallı / DTS Virtual:X | Adaptiv səs

Sound Tower

Musiqinin ritmini hər yerdə hiss edin

Məkanınızı enerji ilə dolduran güclü səslə əyləncəni artırın. Samsung Sound Tower-in dinamik əyləncə işıqları mükəmməl şən atmosfer yaradır, daşına bilən dizaynı isə musiqidən hər yerdə zövq almağa imkan verir.

* Əsas 4 xüsusiyyət: Güclü əyləncə səsi | Party Lights + | 18 saatlıq fasiləsiz musiqi | Tut və apar

Tez-Tez Verilən Suallar

  • Televizorunuz üçün hansı Samsung səs paneli modelini almalıyam?

    Ən uyğun Samsung soundbar seçimi axtardığınız əyləncə təcrübəsinin növündən asılıdır. Samsung hər biri fərqli həyat tərzinə, məkanlara və izləmə ehtiyaclarına uyğun hazırlanmış dörd səs paneli seriyası təklif edir.

    • Q-Series: Q-Series Samsung-un ən yüksək səviyyəli soundbar seriyasıdır. Xüsusilə böyük ekranlı televizorların yerləşdiyi geniş qonaq otaqlarında mükəmməl ev kinoteatrı təcrübəsi təqdim edir. Q-Series modellərinin əksəriyyətinə əsl ətraf səs təcrübəsi təqdim edən simsiz sabvufer və arxa dinamiklər daxildir. Seriyanın flaqman modeli isə 11.1.4 kanala qədər səs təcrübəsi təqdim edir. Wireless Dolby Atmos®, Q-Symphony və SpaceFit Sound Pro texnologiyaları ilə birlikdə Q-Series Samsung-un ən immersiv kinoteatr keyfiyyətli səs təcrübəsini yaradır.

    • Ultra Slim: Ultra Slim soundbar-lar zərif və minimalist dizaynda immersiv səs təcrübəsi istəyən müştərilər üçün hazırlanıb. Ultra nazik dizaynı müasir televizorlar və interyerlərlə mükəmməl uyğunlaşır, yaşayış məkanınızda əlavə yer tutmadan zəngin Dolby Atmos® səsi təqdim edir.

    • S-Series: S-Series yığcam dizaynı məkanı dolduran ətraf səs təcrübəsi ilə birləşdirən, dəbli və hamısı bir arada səs paneli seriyasıdır. Sadəlik və səliqəli dizaynın performans qədər önəmli olduğu mənzillər, yataq otaqları və ya kiçik yaşayış məkanları üçün əla seçimdir.

    • B-Series: B-Series Samsung-un əsas səs paneli seriyasıdır. Televizorunuzun səs keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün lazım olan əsas xüsusiyyətləri təqdim edir. İmmersiv ətraf səs, Adaptiv səs və bəzi modellərdə Q-Symphony dəstəyi sayəsində yüksək qiymət-performans nisbəti ilə gündəlik istifadə üçün əla səs təcrübəsi təqdim edir.

    Hansı seriyanı seçməyinizdən asılı olmayaraq, Samsung səs panelləri fərqli evlər, həyat tərzləri və əyləncə ehtiyacları üçün nəzərdə tutulmuş immersiv səs təcrübəsi təqdim edir.
  • Sizin üçün ən uyğun Samsung simsiz dinamiki musiqidən necə zövq almağınızdan və onun evinizin interyerinə necə uyğunlaşmasını istəməyinizdən asılıdır.

    • Music Studio: Samsung-un Wi-Fi dinamiklərindən biri olan Music Studio dizayner estetikası ilə premium səs təcrübəsi istəyənlər üçün ideal seçimdir. Məşhur dizayner Erwan Bouroullec ilə əməkdaşlıq çərçivəsində yaradılan Music Studio zərif dizaynı Hi-Resolution Audio və bəzi modellərdə təqdim olunan Dolby Atmos® kimi texnologiyalarla birləşdirərək immersiv dinləmə təcrübəsi yaradır.

    • Music Frame: Music Frame evinizin interyerinə təbii şəkildə uyğunlaşmaq üçün hazırlanmış digər bir Wi-Fi dinamikdir. Şəkil çərçivəsindən ilhamlanan bu dinamik immersiv simsiz səs təcrübəsi təqdim etməklə yanaşı, fərdiləşdirilə bilən dekor elementi kimi də istifadə oluna bilər.

    Premium səs və müasir dizayn üçün Music Studio-nu seçin. Yaşayış məkanınızın interyerinə mükəmməl uyğunlaşan gözəl səs təcrübəsi istəyirsinizsə, Music Frame-i seçin.
  • Həm Samsung səs panelləri, həm də simsiz dinamikləri televizora baxarkən və simsiz musiqi dinləyərkən səs təcrübəsini daha da zənginləşdirir. Düzgün seçim sizin əsas prioritetinizin filmlərə baxmaq və oyun oynamaq, yoxsa gündəlik musiqi dinləmək olmasından asılıdır:

    Əsas prioritetiniz televizora baxmaq, filmləri izləmək və ya oyun oynamaqdırsa, Samsung səs panelini seçin. Səs panelləri televizorunuzun səs keyfiyyətini daha təsirli ətraf səs effekti, daha aydın dialoqlar və daha dərin bas səsləri ilə yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

    Əsasən musiqi dinləməyi sevirsinizsə və dinamikinizi yerləşdirmək üçün daha çox sərbəstliyə malik olmaq istəyirsinizsə, Samsung simsiz dinamikini seçin. Music Studio və Music Frame kimi Samsung Wi-Fi dinamikləri yüksək keyfiyyətli səsi fərqli dizaynla birləşdirərək, evinizin hər bir guşəsində gündəlik musiqi dinləmək üçün ideal seçimə çevrilir.

    Tam əhatəli evdə kinoteatr təcrübəsi üçün Samsung səs panelini beşədək* uyğun Samsung səs cihazı ilə birləşdirin və Q-Symphony texnologiyası vasitəsilə onları televizorunuzla sinxronlaşdıraraq vahid və qüsursuz səs ekosistemi yaradın.

    *2026-cı il televizor modelləri və 2024–2026-cı illərin səs cihazları ilə beşədək səs cihazının qoşulmasını dəstəkləyir. 2023-cü il və daha sonrakı modellər də daxil olduqda isə maksimum üç cihaz qoşula bilər.
  • Samsung Q-Series, S-Series və B-Series soundbarları performans imkanlarına, dizayn xüsusiyyətlərinə və qoşulma seçimlərinə görə bir-birindən fərqlənir:

    • Q-Series: Həqiqi fiziki ətraf səs (Surround Sound) texnologiyası ilə premium ev kinoteatrı təcrübəsi təqdim edir (11.1.4 kanala qədər). HW-Q990 və HW-Q930 seriyaları kimi premium modellər qutunun içərisində xüsusi simsiz arxa dinamiklərlə birlikdə təqdim olunur. Bu dinamiklər səsi müxtəlif istiqamətlərdən əhatə edən, immersiv və üçölçülü audio təcrübəsi yaradır. Bundan əlavə, Wi-Fi vasitəsilə Wireless Dolby Atmos, SpaceFit Sound Pro otaq kalibrləmə texnologiyası və Q-Symphony funksiyasını da dəstəkləyir.

    • S-Series / Ultra Slim: Zərif və minimalist dizaynı, eləcə də az yer tutması ilə seçilir. Ultra Slim seriyası divara sıfır məsafədə quraşdırılmış televizorlarla mükəmməl uyğunlaşan olduqca nazik dizayna malikdir. S-Series isə yıöcsm, vahid korpusda zəngin səs və aydın dialoqlar təqdim edir.

    • B-Series: Sərfəli qiymətə gündəlik səs təcrübənizi əhəmiyyətli dərəcədə yaxşılaşdırır. DTS Virtual:X kimi virtual emal texnologiyalarından istifadə edərək 3D yüksəklik kanallarını simulyasiya edir və HDMI ARC və ya Bluetooth vasitəsilə qoşulur. B450 seriyası və daha yuxarı modellərə daha dərin və güclü bas səsləri üçün sabvufer də daxildir.
  • Ən uyğun Samsung səs paneli seçimi ondan necə istifadə etməyinizdən asılıdır.

    • Filmlər üçün: Q-Series güclü ətraf səs və kinoteatr keyfiyyətində audio ilə Samsung-un ən immersiv ev kinoteatrı təcrübəsini təqdim edir.

    • Oyunlar üçün: Q-Series modelləri hər səhnəni canlandırmağa kömək edən immersiv istiqamətli səs təcrübəsi təqdim edir.

    • Gündəlik əyləncə üçün: S-Series yığcam dizaynda zəngin, hamısı bir arada səs təcrübəsi təqdim edir, B-Series isə sərfəli qiymətə televizorunuzun səs keyfiyyətini yaxşılaşdırmaq üçün əla seçimdir.

    Filmlər, oyunlar və gündəlik əyləncə üçün hərtərəfli performans təqdim edən bir soundbar axtarırsınızsa, Q-Series Samsung-un ən çox yönlü seçimidir.
  • Bəli, Samsung soundbar-ları Samsung televizorları və standart audio bağlantılarını dəstəkləyən digər markaların televizorları ilə problemsiz işləmək üçün nəzərdə tutulub. Səs panelini HDMI ARC və ya eARC portu vasitəsilə standart HDMI kabelindən istifadə edərək uyğun televizora asanlıqla qoşa bilərsiniz. Bu, televizorun orijinal pultu ilə səs panelinin enerji təchizatını və səs səviyyəsini idarə etməyə imkan verir. Digər TV markaları ilə də etibarlı optik kabel və simsiz Bluetooth bağlantıları dəstəklənir.

    Bununla belə, Samsung səs panelini uyğun Samsung televizoru ilə qoşalaşdırmaq əlavə üstünlüklər təmin edir. Ənənəvi səs paneli quraşdırmasında televizorun dinamikləri adətən səssizləşdirilir və audio yalnız səs paneli vasitəsilə səsləndirilir. Bunun əksinə olaraq, uyğun Samsung televizoru və səs paneli cütləşdirildikdə, Q-Symphony hər iki cihazın dinamiklərinin birlikdə işləməsinə imkan verərək daha geniş və immersiv səs səhnəsi yaradır. HDMI kabelindən istifadə etmədən Samsung televizorundan səs panelinə kinoteatr keyfiyyətində 3D məkan səsini ötürən Wireless Dolby Atmos texnologiyasından da yararlana bilərsiniz.
  • Samsung səs panelləri televizorunuzun səsini sadəcə yüksəltməkdən daha artığını təmin etmək üçün nəzərdə tutulub. Onlar immersiv ətraf səsi, ağıllı audio texnologiyalarını və uyğun Samsung televizorları ilə qüsursuz inteqrasiyanı bir araya gətirərək daha dolğun ev əyləncəsi təcrübəsi yaradırlar.

    Samsung-un ən böyük üstünlüklərindən biri Q-Symphony texnologiyasıdır. Bu eksklüziv texnologiya uyğun Samsung televizorları və səs panellərinin birlikdə işləməsinə imkan verir və televizorun dinamiklərini səssizləşdirmir. Hər iki cihazdan gələn səsi birləşdirən Q-Symphony daha geniş və immersiv səs səhnəsi, daha aydın dialoqlar və gücləndirilmiş ətraf səs effektləri yaradır. Seçilmiş modellər HDMI kabelindən istifadə etmədən uyğun Samsung televizorundan səs panelinə Wi-Fi vasitəsilə simsiz şəkildə kinoteatr keyfiyyətində 3D audio ötürən Wireless Dolby Atmos® texnologiyasını da dəstəkləyir.

    Samsung səs panelləri səsi avtomatik optimallaşdırmaq üçün ağıllı audio texnologiyalarından da istifadə edir. AI Adaptive Sound və SpaceFit Sound Pro kimi xüsusiyyətlər məzmununuzu və otağın akustik xüsusiyyətlərini təhlil edərək səsləri daha aydın eşitməyə, səs balansını tənzimləməyə və əl ilə müdaxiləyə ehtiyac olmadan səs performansını optimallaşdırmağa imkan verir.

    Q990 və Q930 kimi premium Q-Series modelləri qutuda xüsusi sabvufer və arxa dinamiklərlə birlikdə təqdim olunur. Onlar birlikdə evdə immersiv kinoteatr təcrübəsi təqdim etmək üçün nəzərdə tutulmuş tam ətraf səs sistemi yaradırlar.

    İstər premium ev kinoteatrı, istər dəbli ultra nazik dizayn, istər yığcam hamısı bir arada səs paneli, istərsə də gündəlik istifadə üçün əsas səs təkmilləşdirməsi axtarın, Samsung müxtəlif məkanlara və həyat tərzlərinə uyğun səs paneli seriyaları təklif edir. Bu innovativ audio texnologiyalarının, düşünülmüş dizaynın və geniş məhsul çeşidinin birləşməsi Samsung səs panellərini hər ev üçün ağıllı seçimə çevirir.
  • Bəli Bir çox Samsung səs paneli modeli səsi ətrafınızda və üzərinizdə yerləşdirərək immersiv 3D audio yaradan qabaqcıl ətraf səs texnologiyası Dolby Atmos®-u dəstəkləyir. İstər film izləyin, istər oyun oynayın, istərsə də sevimli seriallarınızı yayımlayın, Dolby Atmos® daha kinoteatrabənzər təcrübə üçün səsə daha çox dərinlik, aydınlıq və reallıq qatır.

    Dolby Atmos® Samsung-un Q-Series, Ultra Slim və S-Series modelləri də daxil olmaqla premium səs paneli çeşidində mövcuddur. Seçilmiş modellər Wireless Dolby Atmos® texnologiyasını da dəstəkləyir. Bu texnologiya uyğun Samsung televizorları və səs panelləri arasında HDMI kabelindən istifadə etmədən Wi-Fi vasitəsilə Dolby Atmos® səs təcrübəsindən yararlanmağa imkan verir. Bu, immersiv ətraf səs təcrübəsini qorumaqla yanaşı, daha səliqəli və kabelsiz quraşdırma üçün əlavə çeviklik təmin edir.

    Samsung-un ən immersiv Dolby Atmos® təcrübəsini axtarırsınızsa, Q-Series 11.1.4 kanala qədər ətraf səs təqdim edən flaqman modellər də daxil olmaqla, ən yüksək kanal konfiqurasiyalarını təklif edir. Ultra Slim və S-Series modelləri də Dolby Atmos® texnologiyasını daha yığcam və dizayn yönümlü məkanlara gətirərək müxtəlif ev şəraitində kinoteatr keyfiyyətində səsdən zövq almağı asanlaşdırır.
  • Samsung əyləncə dinamikləri güclü səsin əyləncənin keçirildiyi hər yerə sizinlə birlikdə gəlməsini istəyənlər üçün nəzərdə tutulub. İstər həyətdə manqal məclisi təşkil edin, istər dostlarınızla bayram edin, istərsə də açıq havada musiqidən zövq alın, Samsung əyləncə dinamikləri əyləncələr üçün nəzərdə tutulmuş daşına bilən dizaynı güclü və təsirli səslə birləşdirir.

    • ST50F: Daha böyük məclislər və ya uzunmüddətli açıq hava tədbirləri planlaşdırırsınızsa, ST50F modelini seçin. Daha güclü səs və uzunmüddətli batareya ömrü ilə Samsung-un ən güclü daşına bilən əyləncə təcrübəsini təqdim edir və bütün gün davam edən şənliklər üçün ideal seçimdir.

    • ST40F: Kiçik məclislər, pikniklər və ya açıq havada gündəlik fəaliyyətlər üçün yığcam və asan daşına bilən dinamik axtarırsınızsa, ST40F modelini seçin. Daha daşına bilən dizaynda eyni əyləncəyə hazır səs təcrübəsini təqdim edir.

    Hansı modeli seçməyinizdən asılı olmayaraq, Samsung əyləncə dinamikləri güclü səs, dinamik əyləncə işıqlandırması və şənliyin sizi apardığı hər yerdə musiqidən zövq almağı asanlaşdıran daşına bilən dizaynı ilə insanları bir araya gətirmək üçün hazırlanıb.
  • Q-Symphony Samsung-un eksklüziv audio texnologiyasıdır. Bu texnologiya uyğun Samsung televizorları və səs cihazlarının vahid, sinxronlaşdırılmış səs sistemi kimi birlikdə işləməsinə imkan verir. Səs paneli və ya simsiz dinamik qoşulduqda televizorun dinamiklərini söndürmək əvəzinə, Q-Symphony hər iki cihazın səsini birləşdirərək daha geniş və immersiv səs təcrübəsi yaradır.

    AI ilə təchiz edilmiş Q-Symphony hər səhnəni ağıllı şəkildə təhlil edir və aydın dialoqlar, immersiv ətraf səs və balanslaşdırılmış audio təqdim etmək üçün qoşulmuş cihazlarınızda səsi optimallaşdırır. Ən yeni uyğun Samsung televizorları və səs cihazları ilə Q-Symphony bir neçə dinamiki birləşdirərək evdə daha da immersiv əyləncə təcrübəsi yarada bilər.

    Q-Symphony uyğun Samsung televizorları ilə qoşalaşdırıldıqda, seçilmiş Samsung səs paneli, simsiz dinamik və Music Frame modellərində əlçatandır. İstər film izləyin, istər oyun oynayın, istərsə də musiqi dinləyin, mürəkkəb quraşdırma tələb etmədən daha geniş və immersiv səs səhnəsi yaratmağa kömək edir.
  • * Samsung 12 ildir (2014–2025) ən çox satılan səs paneli brendi olaraq 1-ci yerdədir. Şəkil ⓒFuturesource Consulting, 2026
  • * Şəkillər illüstrasiya məqsədi ilə modelləşdirilmişdir. Məhsulun görünüşü və texniki xüsusiyyətləri əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
  • * Mövcud funksiyalar modeldən asılı olaraq dəyişə bilər. Ətraflı məlumat üçün hər modelin texniki xüsusiyyətlərinə nəzər salın.